Gəncədə Ejen İoneskonun əsəri əsasında səhnələşdirilmiş "Kral ölür" tamaşası nümayiş olunacaq. Bu haqda 25 mart tarixində Gəncə Dövlət Dram Teatrı məlumat paylaşıb.
Premyera 27 mart saat 18:00-da Gəncə Dövlət Dram Teatrında baş tutacaq. Tamaşada Əməkdar artistlər Elxan Abbasov, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Ruslan Hüseynov və Günay Cabbarova çıxış edəcəklər. Quruluşçu rejissor Tural Mustafayev, quruluşçu rəssam Mustafa Mustafayevdir.
Biletləri teatrın kassasından əldə etmək olar.