Ötən il Gəncədə arvadını öldürən şəxsin məhkəməsi yekunlaşıb. Bu haqda 25 mart tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Məhkəmə prosesində məlum olub ki, Rauf Vəliyev arvadı Aynurə Vəliyevanı uşaqları bağçadan götürdüyü zaman qətlə yetirib. Hadisə yerində Aynurənin qardaşı və kiçik oğlu da olub. R.Vəliyev Aynurəyə bıçaqla hücum etdiyi zaman ətrafda olan sakinlər və qadının qardaşı hadisəyə müdaxilə etməyiblər.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə R.Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.