Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 29 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Şəhər sakini 35 yaşlı Elçin Süleymanov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə 15 yaşlı yeniyetmə bıçaqlanmışdır. Hadisə Vəli Xuluflu küçəsində qeydə alınmışdır.