Gəncədə 9 yanvar tarixində bıçaqlanma hadisəsi baş verib. Bu haqda Apa-ya istinadən məlumat veririk.
Hadisə Vəli Xuluflu küçəsində qeydə alınıb. 15 yaşlı Musa Həsənov tanışı Hüseyn Həsənov tərəfindın bıçaqlanıb. Xəsarət alan şəxs əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Polis əməkdaşları hadisəni törədən yeniyetməni saxlayıblar. O, etdiyi əməli etiraf edib.
Faktla bağlı araşdırma aparılır.