Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşıb. Bu haqda 24 mart tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları baş tutub. Burada təmsilçimiz “Gəncə BK” "Sərhədçi PİK”lə qarşılaşıb.
Matç komandamızın 75-80 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyunun ən məhsuldar basketbolçusu Əkbər Məmmədov (20 xal, 25 ribaund) olub.
Beləliklə, “Gəncə BK” qrup oyunlarını birinci yerdə tamamlayaraq yarımfinala yüksəlib.