Gəncə təmsilçisi rəqibini məğlub edib. Bu haqda 27 aprel tarixində basketbol klubuna istinadən məlumat veririk.
Matç Azərbaycan Basketbol Liqasının XVIII turu çərçivəsində təşkil olunub. “Gəncə” BK doğma meydanda “Sumqayıt”ı qəbul edib. Oyun Gəncə Olimpiya İdman Kompleksində keçirilib.
Qarşılaşma 86:82 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb.