Gəncə basketbolçuları azarkeşlərini siEvindiriblər. Bu haqda 23 mart tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları baş tutub. Burada təmsilçimiz “Gəncə BK” “AAAF Xırdalan”la qarşılaşıb.
Matç komandamızın 91-65 hesablı qələbəsi ilə başa çatıb. Oyunun ən məhsuldar basketbolçusu Kollin Törner (27 xal, 7 ribaund) olub.
Beləliklə, "Gəncə BK" yarımfinala vəsiqə qazanıb.