Gəncədə traktor istehsalı artıb. Bu haqda 11 iyul tarixində Fed.az-a istinadən məlumat veririk.
Gəncə Avtomobil Zavodu İB-də bu ilin 6 ayı ərzində traktor istehsalı ötən ilin müvafiq dövrünə nisbətdə 60 faiz daha çox olub. Belə ki, ötən ilin ilk 6 ayı ərzində traktorun istehsal rəqəmi 230 idisə, bu il həmin göstərici 364 təşkil edib.
Zavodun mətbuat katibi Məqsəd Rəhimovun sözlərinə görə, cari ilin 6 ayı ərzində burada müxtəlif təyinatlı 147 KAMAZ, 50 kombayn və 18 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb. Ümumilikdə müəssisədə bu günə kimi 13 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktor, 2908 MAZ, 668 KAMAZ, 591 URAL, 6 MAZ avtobusu, 4 elektrobus, 879 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb.