Gəncədə “Kəpəz” üçün hazırlanan yeni məşq mərkəzi istifadəyə verilib. Bu haqda 30 mart tarixində futbol klubuna istinadən məlumat veririk.
Nizami yurdunun təmsilçisi mərkəzdə “Səbail” ilə keçiriləcək oyuna hazırlığa başlayıb. Meydança təbii otla örtülüb.
Xatırladaq ki, “Kəpəz” Premyer Liqanın XVIII turu çərçivəsində aprelin 1-də “Səbail”i qəbul edəcək.