Gəncə təmsilçimiz daha bir rəqibi ilə üz-üzə gələcək. Bu haqda 20 dekabr tarixində futbol klubuna istinadən xəbər veririk.
Komandamız "Neftçi" ilə görüşəcək. Matç 24 dekabr tarixində saat 16:00-da baş tutacaq.
Oyun Misli Premyer Liqasının XVIII turu çərçivəsində “Neftçi Arena”da keçiriləcək. Qarşılaşma canlı olaraq CBC Sport telekanalında yayımlanacaq.