Gəncədə köməksiz qalan şəxslərə yardım edilib. Bu haqda 4 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Şəhərdə mənzillərin birində uşaq, digərində isə iki şəxs bağlı qapı arxasında qalıblar. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciətlər daxil olub. Hadisə yerlərinə xilasetmə qüvvələri cəlb ediliblər.
Müvafiq tədbirlər nəticəsində hər iki mənzilin qapısı açılıb. Qurumun əməkdaşları birinci mənzildən nəzarətsiz qalmış uşağın xilas olunmasını təmin ediblər. Digər mənzildən isə vətəndaşlar halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil veriliblər.