Gəncədə növbəti qanunsuz tikili aşkar edilib. Bu haqda 27 aprel tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən şəhər ərazisində monitorinqlər keçirilib. Nəticədə Gəncə-Samux avtomobil yolunun Gəncədən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı üzə çıxıb.
Agentlik və İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə proses dayandırılıb və söküntüsü təmin edilib.