Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda 12 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxi alışıb. Nəticədə 2 kvadratmetr mebel sahəsi, həmçinin mətbəxdə olan paltaryuyan maşın və qaz sobası yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.