top
Ermənistan Qazaxın 3 kəndini nə zaman QAYTARACAQ? – EKSPERT RƏYİ
15 noyabr 2024, 15:00
- +

Ermənistan Qazaxın 3 kəndini nə zaman QAYTARACAQ? – EKSPERT RƏYİ

 

44 günlük müharibədə əldə edilən zəfər keçən 4 il ərzində daha da möhkəmləndirilib. İstər lokal xarakterli antiterror əməliyyatları ilə Qarabağın separatçılardan təmizlənməsi, istərsə də Qazaxın 4 kəndinin diplomatiya sayəsində Azərbaycana qaytarılması ölkəmizin haqq savaşından bir an olsun belə vaz keçməyəcəyini sübut etdi.

Cari ildə Ermənistanla Azərbaycan arasında aparılan delimitasiya və demarkasiya işləri ilk ciddi nəticəsini verdi və Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olunaraq Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü. Qazaxın Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri isə hələ də Ermənistan tərəfinin nəzarəti altındadır. Prezident İlham Əliyevin kəndlər azad olunduqdan sonra dediyi “Burada söz sahibi bizik” sözləri isə yerdə qalan 3 kəndin və Naxçıvanın Kərki anklavının da öz sahiblərinə qaytarılacağına şübhə yeri qoymur.

Məsələ ilə bağlı Gencexeber.az-a açıqlama verən Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Qazaxın Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin tarixi və strateji əhəmiyyətindən danışıb.

Ermənistan Qazaxın 3 kəndini nə zaman QAYTARACAQ? – EKSPERT RƏYİ

“Qazaxın 7 kəndi işğal altında idi, 4 kənd danışıqlar vasitəsilə Azərbaycana qaytarıldı. 3 kənd – Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri anklav kəndlərdir. Hazırda onlar Ermənistanın nəzarəti altındadır. Yuxarı Əskipara Noyemberyan istiqamətində, Sofulu və Barxudarlı isə Göyçə gölü istiqamətində yerləşir. Yuxarı Əskipara tarixi kənddir, burada 9 tarixi - Səlcuqlu dövründən qalmış Kazım körpüsü, mağaralar və digər - abidələr var. Yuxarı Əskipara Qazax rayonunun ən gözəl, ən mənzərəli kəndidir. Sovet vaxtı bu kənddə pioner düşərgəsi olub”, - deyən polkovnik sözlərini belə davam etdirib:

“Danışıqlar vasitəsilə Azərbaycana qaytarılan Aşağı Əskipara ilə Yuxarı Əskipara arasındakı məsafə cəmi 2,2 kilometrdir. Bu kəndlərin arasında isə Ermənistanın Voskepar kəndi yerləşir. Bu kənd 90-cı illərə qədər xırda bir kənd idi. 30 illik işğal müddətində onu daha da böyütdülər, hazırda təxminən 130 evdən ibarətdir. Yuxarı Əskiparaya keçmək üçün məhz Voskepardan keçid var idi. Cənab prezidentin də dediyi kimi, bütün anklav kəndlər Azərbaycana qaytarılacaq. O zaman danışıqlar yolu ilə işğaldan azad edilmiş Bağanıs Ayrımdan meşə və dağ üstü ilə Yuxarı Əskiparaya yol çəkmək olar. Belə olan halda, ermənilərin ortada qalan kəndlərinə heç bir təsir olmayacaq. Güman ki, gələcəkdə belə də olacaq”.

Sofulu və Barxudarlının Qazaxa daha yaxın olduğunu bildirən Rövşən Məhərrəmov bu kəndlərin strateji önəm daşıdığını vurğulayıb:

“Göyçə gölü – Dilican, İcevan istiqamətində olan Sofulu və Barxudarlı kəndləri Qazaxa yaxın kəndlərdir. Bu kəndlərin qaytarılması vacibdir. Çünki burada məsafə məsələsi var, gələcəkdə Azərbaycan üçün strateji təhlükə yarada bilər. Qazax rayonundan bu kəndlərə cəmi-cümlətani 16 kilometrdir. Əgər danışıqlarla anklav olan hissəni götürsək, kəndin ərazisini ermənilərə versək, həmin ərazidən Qazax rayonuna 8 kilometr məsafə qalacaq. Ona görə o kəndlərin də qaytarılacağını güman edirəm. Sovet vaxtı İcevan istiqamətində getdikdə sol tərəfdə ermənilərin bir kəndi vardı, o kəndlə hər hansı bir strateji əhəmiyyət kəsb etməyən ərazini onlara vermək olar ki, həmin dəhlizi Azərbaycan tərəfi götürsün. Zənn edirəm ki, bu, gələcəkdə belə də olacaq”.

Hərbi jurnalist Səxavət Məmməd də Qazaxın qalan 3 kəndinin Azərbaycana qaytarılacağına əminliyini ifadə edib. O, əvvəlcə Ermənistanın üçtərəfli bəyanatı imzalamasından sonra yaşananlara qısa nəzər salıb:

“44 günlük müharibənin sonunda Ermənistan tərəfi üçtərəfli bəyanat imzalananda 8 kənd – Qazaxın 7 kəndi və bir də Kərki anklavı ilə bağlı bir öhdəlik götürdü. Ermənistan, demək olar, bu bəyanatın heç bir öhdəliyinə əməl etmədi. Azərbaycan yalnız antiterror əməliyyatı keçirərək bu məsələləri həll etdi. İndi isə yalnız 2 məsələ qalıb: bunlardan biri, kommunikasiya xətlərinin açılması və ikincisi, digər kəndlərin qaytarılmasıdır. Həmin 8 kənddən 4-ü Ermənistanla razılaşmaya əsasən, Azərbaycana qaytarıldı və o istiqamətdə delimitasiya və demarkasiya məsələsi bitdi. Yerdə Qazaxın 3 kəndi və Kərki anklavı qalıb”.

Ermənistan Qazaxın 3 kəndini nə zaman QAYTARACAQ? – EKSPERT RƏYİ

Səxavət Məmməd Ermənistanın mövcud vəziyyəti daha da gərginləşdirməmək üçün Qazaxın 3 kəndini Azərbaycana qaytarmalı olduğunu deyib:

“Tərəflərin siyasi iradələrinə və tələblərinə baxdıqda açıq şəkildə görünür ki, Azərbaycan torpaqla bağlı qətiyyən güzəştə getməyəcək və bunu açıq şəkildə dilə gətirir. Hesab edirəm ki, Ermənistan da Azərbaycan tərəfinin təzyiqlərini artırdığını görür və İlham Əliyevin son dönəmlərdəki açıqlamaları, xüsusilə Ermənistanın silahlandırılması ilə bağlı açıqlamalar onu göstərir ki, Azərbaycan tərəfi bu məsələdə konkret şəkildə heç bir güzəşt etməyəcək və Ermənistana yerini göstərəcək. Ermənistan tərəfi isə sülh müqaviləsindən əvvəl məsələni yumşaltmaq, ortaq məxrəcə gəlmək üçün mütləq şəkildə 3 kənd və Kərki anklavını Azərbaycana qaytarmalıdır”.

Kərki anklavı ilə bağlı problemlər yaranacağını proqnozlaşdıran Səxavət Məmməd Ermənistanın müxalifət düşərgəsində hakimiyyətə qarşı addımlar atıla biləcəyini də istisna etməyib:

“Ancaq xoş niyyət olsun deyə, Azərbaycan tərəfini bir az da varsa, sakitləşdirmək üçün Paşinyan hakimiyyəti Qazaxın 3 kəndini Azərbaycana qaytara bilər. Hesab edirəm ki, müharibədən sonrakı dönəmdə, əslində, tərəflər arasında bir neçə müsbət hadisə olub. Onlardan biri də Qazaxın 4 kəndinin qaytarılmasıdır. Bu o deməkdir ki, vasitəçisiz belə tərəflər bir-biriləri ilə münasibət qura bilirlər. Ona görə də Ermənistan qısa zamanda Qazaxın 3 kəndini qaytaracaq və daha sonra Kərki anklavı öz həllini tapacaq”.

Siyasi analitik Teymur Qasımlının sözlərinə görə isə, bu məsələ hər iki ölkənin baş nazir müavinlərinin apardığı danışıqların əsas mövzularından biridir:

Ermənistan Qazaxın 3 kəndini nə zaman QAYTARACAQ? – EKSPERT RƏYİ

“Bununla bağlı müəyyən danışıqlar gedir. Azərbaycan Ermənistanın qarşısına Qazaxın 3 kəndinin qaytarılması məsələsini qoyub. Ermənistan tərəfi də qarşılığında nəsə istəyir. Sülh müqaviləsi imzalandıqdan sonra bu məsələnin həll edilməsi şansı daha yüksəkdir. Bu məsələ hər iki ölkənin baş nazir müavinlərinin apardığı danışıqların əsas mövzularından biridir. Azərbaycanın siyasi rəhbərliyinin gec, ya tez bu kəndləri də azad edəcəyinə inanıram”.

Aqil Bəkir

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:47

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

Bütün xəbərlər
Bu gün, 16:17

Portuqaliyalı futbolçu "Kəpəz"ə qayıtdı

Bütün xəbərlər
Bu gün, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Bütün xəbərlər
Bu gün, 14:33

Göygöldəki möhtəşəm tədbirin tarixi açıqlandı - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
Bu gün, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
Bu gün, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
Dünən, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Bütün xəbərlər
Dünən, 13:13

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Şəhid xanımı

Bütün xəbərlər
Dünən, 12:36

Gəncədə ərazi binanın tikintisi üçün qazılıb – 10 il keçib…

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə turizm könüllüləri AXTARILIR

Bütün xəbərlər
07 iyul 2026, 16:57

"Kəpəz" futbolçusu ilə müqavilə müddətini uzatmayıb

Bütün xəbərlər
07 iyul 2026, 16:23

Xalq artistimizin 73 yaşı tamam oldu

Bütün xəbərlər
07 iyul 2026, 15:33

20 manatlıq rüsum ləğv edilir

Bütün xəbərlər
07 iyul 2026, 13:04

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
07 iyul 2026, 12:29

"Kəpəz" futbolçusu ilə vidalaşıb

Bizim fəxrimiz
07 iyul 2026, 11:56

Gəncəli strongmen Azərbaycan rekordu rəsmləşdirdi

Bütün xəbərlər
07 iyul 2026, 10:51

Gəncədə təhsil işçilərinə ŞAD XƏBƏR: avtobus ödənişlərinin 10%-i…

Bütün xəbərlər
07 iyul 2026, 09:36

Abituriyentlər iyulun 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Bütün xəbərlər
06 iyul 2026, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
06 iyul 2026, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
06 iyul 2026, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
06 iyul 2026, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
06 iyul 2026, 13:28

Gəncədə loqoped axtarılır

Oxşar xəbərlər