top
Erməni həkimin qurbanı olan gəncəli sənətkarın doğum günüdür
28 fevral 2025, 16:35
- ↺ +

Erməni həkimin qurbanı olan gəncəli sənətkarın doğum günüdür

 

Əməkdar artist Nəzakət Məmmədovanın dünyaya gəlməsindən 80 il ötür.

Gencexeber.az məlumat verir ki, Nəzakət Əli qızı Məmmədova 28 fevral 1944-cü ildə Gəncədə dünyaya göz açıb. Uşaq yaşlarında atasını itirib.

Valideynləri onun müəllim olmasını istəyirdilər. Bunu nəzərə alan gənc qız Bakıda Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq, 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna girir.

Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər. Onların qarşısında “Bayatı-Qacar” oxuyan gənc hər iki sənətkarın diqqətini cəlb edib. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Məmmədova bir müddət “Lalə” qızlar ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.

O, “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.

Nəzakət Məmmədova boynundakı qırışlardan azad olmaq üçün Soçidə plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviçə müraciət edir. Lakin 21 oktyabr 1980-ci il tarixində əməliyyat zamanı cərrah bıçaqla müğənninin şah damarını kəsir və sənətkar dünyasını dəyişir.

Əslən erməni olan həkim törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Sonradan aparılan istintaq zamanı bəlli olub ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən “manikür” ustası imiş.

Xanəndə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Lakin illər keçəndən sonra o, Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib və ona “məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm” deyib. Kifayət xanım həmin yuxudan sonra onun və anasının məzarını Bakıdan Gəncəyə – İmamzadə Məzarlığına köçürüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər