top
Əri yıxılaraq ölən qadın onu maşın vurduğunu iddia edir
02 yanvar 2025, 15:15
- +

Əri yıxılaraq ölən qadın onu maşın vurduğunu iddia edir

 

Yüksəkdən yıxılaraq öldüyü deyilən 52 yaşlı Mingəçevir sakininin xanımı ərinin ölümü ilə bağlı iddiaları qəbul etmir.

Bu barədə unikal.аz-a danışan Kəmalə Baxışova "Yoldaşım heç bir yüksəklikdən yıxılmayıb, onu yük maşını vurub" deyib.

Onun sözlərinə görə, hadisə dekabr ayının 30-da Mingəçevir Mərkəzi Bazarına yaxın ərazidə baş verib. "Qazel" markalı yük maşını 52 yaşlı  piyada İlqar Baxışovu vuraraq  çoxsaylı xəsarətlər yetirib. Daha sonra sürücü  yaralı piyadanı xəstəxanaya deyil, öz evinə aparıb və bir gün orada saxlayıb. Dekabrın 31-i axşamı isə onu gətirib yaşadığı evin yanına qoyub.

Kəmalə Baxışova ərini gördüyü zaman çox qan itirdiyini və ağrılardan əzab çəkdiyini deyib. İlqar Baxışov başına gələn hadisəni ailəsinə danışıb. Ağrılarına və xanımının təkidinə rəğmən, İlqar Baxışovu  yalnız yanvarın 1-də xəstəxanaya aparmaq mümkün olub. İlkin tibbi müayinə sonrası o, dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, İlqarın həyatını xilas etmək mümkün olmayıb.

Kəmalə Baxışova ərinin hündürlükdən yıxıldığı barədə dolaşan ilkin məlumatlara da aydınlıq gətirib:

"Hadisədən yalnız bir gün sonra ağır durumda evə gələrkən onu yük maşınının vurduğunu və həmin maşınla barı arasında sıxılıb qaldığını söyləmişdi. Xəstəxanada hələ ayaqüstəykən isə  hüquq-mühafizə orqanlarına  doğru deyil, yanlış məlumatı verdi ki, hündürlükdən yıxılmışam. Bunun səbəbini soruşsam da, mənə də izah etmədi. Sonradan mən rəsmi izahatımda ərimi maşın vurduğunu dedim".

Qeyd edək ki, mərhum İlqar Baxışov Şuşada usta kimi çalışır, bayramla əlaqədar evinə gəlibmiş.

Faktla bağlı araşdırma davam edir.

[caption id="attachment_74818" align="alignnone" width="690"]Əri yıxılaraq ölən qadın onu maşın vurduğunu iddia edir  [/caption]

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

"Kəpəz" futbolçusu ilə müqavilə müddətini uzatmayıb

Bütün xəbərlər
Dünən, 16:23

Xalq artistimizin 73 yaşı tamam oldu

Bütün xəbərlər
Dünən, 15:33

20 manatlıq rüsum ləğv edilir

Bütün xəbərlər
Dünən, 13:04

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:29

"Kəpəz" futbolçusu ilə vidalaşıb

Bizim fəxrimiz
Dünən, 11:56

Gəncəli strongmen Azərbaycan rekordu rəsmləşdirdi

Bütün xəbərlər
Dünən, 10:51

Gəncədə təhsil işçilərinə ŞAD XƏBƏR: avtobus ödənişlərinin 10%-i…

Bütün xəbərlər
Dünən, 09:36

Abituriyentlər iyulun 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Bütün xəbərlər
06 iyul 2026, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
06 iyul 2026, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
06 iyul 2026, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
06 iyul 2026, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
06 iyul 2026, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
06 iyul 2026, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
06 iyul 2026, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
06 iyul 2026, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
05 iyul 2026, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
05 iyul 2026, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
04 iyul 2026, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
04 iyul 2026, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Oxşar xəbərlər