top
“Ən absurdu “Aynişanın qapısını dezinfeksiya etdilər” xəbəri idi” – Gəncəli Əməkdar artistin qızı
17 fevral 2025, 15:50
- ↺ +

“Ən absurdu “Aynişanın qapısını dezinfeksiya etdilər” xəbəri idi” – Gəncəli Əməkdar artistin qızı

 

İnfluenser Aynişan Quliyeva adının hallandığı xəbərlərdən danışıb.

Sənətçi bu barədə ARB-də yayımlanan “Pərvizə görə” proqramında söz açıb: “Ən absurdu “Aynişanın qapısını dezinfeksiya etdilər” xəbəri idi. O xəbərdən sonra gördüm ki, doğrudan da dezinfeksiya ediblər. Çünki pandemiya dövrü idi, çölə çıxmırdım. Bir gün sonra çıxdım ki, qapım ağappaqdır və dezinfeksiya edilib.

Necə ola bilər ki, bunu media bilib, mən bilməmişəm? Necə baş verə bilər? Ümumiyyətlə, bu, kimə lazımdır? Heç mənə lazım deyil. O dönəm məndən o qədər yazırdılar ki… Artıq özümü robot kimi hiss edirdim, sanki heç nə təsir etmirdi, hisssiz insana çevrilmişdim. Hər gün oyanırdım, yeni xəbər çıxırdı. Bir dəfə də yazmışdılar ki, “Aynişan günorta yeməyini yemədi”. Niyə elə yazırlar? Bunu hardan bilir ki, mən yemədim? Biri yazmışdı ki, Aynişanı ev yiyəsi qovdu. O da necə olmuşdu: mən İspaniyaya gedirdim, qatar problemi yarandı. Barselonaya çatmamışdım, gülə-gülə video çəkmişdim ki, oradakı ev yiyəsi gözləmir, deyir, başqa ev tapın. Yazmışdılar ki, Aynişanı ev yiyəsi qovdu. Artıq hiss etmirəm. Elə bilirəm, Aynişan başqa insandır, onun haqqında yazırlar”.

Bloger onun haqda ABŞ-də həbs olunması ilə bağlı yalan xəbərlərə də aydınlıq gətirib:

“Mən Amerika vizası üçün müraciət etmişdim, bir dəfə rədd cavabı almışdım. Bu dəfə isə təsdiqlədilər. Səhəri gün xəbər yazıblar, Aynişan Amerikaya qaçmaq istəyəndə hava limanında tutuldu. Baxdım ki, bu, nə məlumatdır? Axı orda vizanı ləğv edə bilərlər. Dedim, bu, nə məsələdir? Çünki Amerika elə biləcək ki, problemli insanam, mənə viza verməyəcək. Sonra yazdılar ki, guya insanları investisiya etməyə çağırmışam, guya ölkədə belə bir qurum var, çoxlu pullar qazanırsan. Guya məni buna görə döyüblər. Nə qədər insan menecerimə zəng edib ki, Aynişana qulaq asdıq 20 min batırdıq, 15 min batırdıq. Aynişan sizə desə ki, gəlin, hansısa uşağa 100 manat verin, verməzsiniz. 20 mini necə batırırsınız? O şəkil heç mənə oxşamır, süni intellektlə düzəldiblər, gözümü də göy ediblər ki, guya döyülmüşəm. Dəfələrlə açıqlama vermişəm. Lakin qarğış edirlər ki, sənə qulaq asıb pul batırdıq, ona görə getdim, dövlət qurumlarına ərizə yazdım. Hər şeyi etmişəm, lakin bir ildir bu insanların kimliyi tapılmır. Deyəsən, zəng edirlər, ondan sonra kartın kodunu soruşub hesabdakı pulu çəkirlər. Bu şəxslərin azərbaycanlı olmadığını deyirlər”.

Qeyd edək ki, Aynişan Quliyeva gəncəli Əməkdar artist Aybəniz Haşımovanın və I Qarabağ müharibəsinin şəhidi Xalid Quliyevin qızıdır. Aynişan Gəncədə doğulub, böyüyüb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
29 sentyabr 2026, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
29 sentyabr 2026, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
29 sentyabr 2026, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
29 sentyabr 2026, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
29 sentyabr 2026, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
29 sentyabr 2026, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Oxşar xəbərlər