Elm və təhsil nazirinin Gəncə sakinləri ilə görüşünün tarixi dəyişdirilib. Bu haqda 29 mart tarixində nazirliyə istinadən məlumat veririk.
Bir müddət öncə Emin Əmrullayevin Göygöldə Gəncə, Göygöl, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinlərini qəbul edəcəyi barədə məlumat vermişdik. 30 mart tarixinə təyin olunan görüş 31 marta keçirilib.
Qəbula yalnız müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.