Gəncədə beynəlxalq şuraya sədr seçilib. Bu haqda 7 iyun tarixində Report-a istinadən məlumat veririk.
Ötən gün Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidməti Rəhbərləri Şurası Ekspertlərinin 76-cı iclasının keçirilməsi barədə məlumat vermişdik. Burada şuraya yeni rəis təyin olunub. Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
"Bu gün keçirilən toplantıda həmçinin şuraya sədr seçilib. Bu vəzifəni Rusiya Federasiyasının Gömrük Komitəsinin sədrinin müavini Ruslan Davıdov icra edəcək", - deyə Bağırov qeyd edib.