Gəncədən daha bir partiya yardım Türkiyəyə yola salınıb. Bu haqda 11 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
İcra Hakimiyyəti “Qardaş köməyi” platforması adı altında Türkiyədə zəlzələ bölgəsindəki zərərçəkmişlərə yardım göndərib. Dəyəri 150 min manatlıq 20 ton yardım paketi qardaş ölkəyə yola salınıb. İcra başçısının müavini Səməd Tomuyev bildirib ki, onlardan 16 tonunu quru qida, 4 tonunu isə uşaq bezləri və gigiyenik vasitələr təşkil edir.
Xatırladaq ki, ötən gün 7 TIR vasitəsilə 150 ton yardım göndərilib.