Gəncədə birincilik təşkil olunub. Bu haqda 25 may tarixində Şahmat Məktəbinə istinadən məlumat veririk.
Yarış 28 May - Müstəqillik Gününə həsr edilib. Cüdo idman növü üzrə birincilik Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilib.
Öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra yarış başlayıb. Burada 80-dək kiçik yaşlı və yeniyetmə idmançılar mübarizə aparıblar.
Qalib cüdoçular müvafiq diplom və medallarla təltif ediliblər.