Çaykənd Qızılbalıqartırma Zavodunun yenidən qurulması işləri həyata keçiriləcək.
Bu barədə iqtisadiyyat.аz Kənd Təsərrüfatı Nazirliyindən məlumat əldə edib.
Belə ki, qurum yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.
Layihə-smeta sənədlərinin hazırlanmasına 543 min 700 manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, Çaykənd Qızılbalıqartırma Zavodu Göygöl rayonunda yerləşir.