Azərbaycan Dövlət Aqrar Universitetinin 2025-ci il üzrə aviabiletlərə xərcləyəcəyi vəsaitin həcmi açıqlanıb.
Pravda.аz xəbər verir ki, bu məbləğ 182 000 AZN-dir.
Universitet “Türk Hava Yolları anonim ortaqlığı”nın Gəncə nümayəndəliyi ilə müqavilə bağlayıb.
Satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.