top
Bu gün İsrafil Məmmədovun doğum günüdür
16 mart 2025, 10:00
- ↺ +

Bu gün İsrafil Məmmədovun doğum günüdür

 

Bu gün ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının dünyaya göz açdığı gündür.

İsrafil Məhərrəm oğlu Məmmədov 16 mart 1919-cu ildə Gəncədə anadan olub. Lakin bəzi mənbələrdə onun Şəmkir rayonunun Qapanlı kəndində anadan olması və həmin ildə ailəsinin Gəncəyə köçməsi qeyd edilir.

Gencexeber.az məlumat verir ki, o, Gəncədə 1 saylı orta məktəbi, daha sonra şəhərin Sənaye Texnikumunu bitirib. Məmmədov bir müddət toxuculuq fabrikində işləyib. İsrafil Məmmədov 1939-cu ildən sovet ordusunda xidmətə başlayıb.

1941-ci ildən, Böyük Vətən müharibəsinin ilk günlərindən İsrafil Məmmədov ön cəbhədə vuruşub və az bir zamanda serjant rütbəsinə yüksəlmiş vzvod komandiri olub. Həmin ilin dekabrında Novqorod vilayətinin Pustınka kəndi uğrunda gedən döyüşlərdə iştirak edib və azsaylı dəstəsi ilə 10 saat ərzində almanların hücumlarını dəf edib. Bu döyüşdə 300-ə yaxın faşist həlak olub. Məmmədov özü əlbəyaxa döyüşdə onlarla düşmən əsgərini məhv edib. Məhz bu şücaətinə görə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İsrafil Məmmədov bu ada layiq görülən ilk azərbaycanlıdır.

Məmmədov bir çox döyüşlərdə qəhrəmanlıq göstərib və dəfələrlə yaralanıb. Ağır yaralandıqdan sonra onu Azərbaycana göndərib vəzifə versələr də, o, arxa cəbhədə olmaqla barışmır. Bir müddət sonra Məmmədov yenidən müharibənin qaynar nöqtəsinə göndərilir. Müharibənin sonuna yaxın qəhrəman yenidən ağır yaralanır. Uzun müddət müalicə alsa da, onu sağaltmaq mümkün olmur.

İsrafil Məmmədov 1 may 1946-cı ildə Yaltada, müalicə aldığı hospitalda vəfat edib. Onun cənazəsi Gəncəyə gətirilib və Xan bağında dəfn olunub.

Məmmədov, həmçinin Lenin ordeni və Qızıl Ulduz medalı ilə təltif edilib. Gəncədə İsrafil Məmmədovun ev-muzeyi fəaliyyət göstərir, şəhərdə küçəyə onun adı verilib, yaşadığı evin üzərində xatirə lövhəsi vurulub. Şəmkirin Qapanlı kəndindəki məktəb qəhrəmanın adını daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumuruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Dünən, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Dünən, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Dünən, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
28 sentyabr 2026, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
28 sentyabr 2026, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Oxşar xəbərlər