top
Bu gün AXC-nin ən gənc deputatı Rəhim bəy Vəkilovun intihar etməsindən 90 il keçir
01 mart 2025, 09:42
- ↺ +

Bu gün AXC-nin ən gənc deputatı Rəhim bəy Vəkilovun intihar etməsindən 90 il keçir

 

Rəhim bəy Əlağa oğlu Vəkilov 29 fevral 1897-ci ildə Gəncə qəzasının Yuxarı Salahlı kəndində (indiki Qazax rayonu) anadan olub.

Gencexeber.az məlumat verir ki, məktəb illərindən Vəkilov rəssamlığa həvəs göstərirdi, hətta çoxları onu gələcəyin böyük bir rəssamı kimi görürdü. Lakin sonunda Rəhim bəy siyasətçi, Cümhuriyyət parlamentinin ən gənc deputatı kimi tanındı.

1916-cı ildə Realnı məktəbi bitirdikdən sonra 9 saylı rus-tatar məktəbində müəllim kimi fəaliyyətə başlayır və tələbə təşkilatlarında fəal iştirak edir. Burada onun ilk milliyyətçi baxışları formalaşır. Vəkilov 1918-ci ilin əvvəllərində Müsavat partiyasına daxil olur, burada siyasi işlər komissiyasının rəhbəri təyin olunur.

1918-ci il mayın 28-də Tiflis şəhərində “İstiqlal bəyannaməsi”nin mətnini hazırlayan və onu imzalayanlardan biri Rəhim bəy Vəkilov olur. Tiflisdə yeni yaranan dövlətin bütün lazımi işləri görüldükdən sonra hökumət öz fəaliyyətini daha da genişləndirmək üçün iyunun 16-da Gəncəyə köçdü. Burada Vəkilov Milli Şuranın katibi kimi siyasi fəaliyyətini davam etdirdi.

O, 7 dekabr 1918-ci ildə Azərbaycan parlamentində ən gənc deputat olaraq katib seçilir. Parlament debatlarında həmişə fəal iştirak edən Rəhim bəy problemlərlə tanış olmaq məqsədi ilə tez-tez Azərbaycanın müxtəlif bölgələrinə baş çəkir. “1920 il üçün Azərbaycan Respublikasının ünvan təqvimi” kitabında onun “Azərbaycan Respublikasının yaranma tarixi” adlı oçerki çap edilib. Bu, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinə dair ilk əsərlərdəndir.

1920-ci ildəki sovet işğalından sonra Rəhim bəy siyasi fəaliyyətini gizli şəkildə davam etdirir. O, 1922-ci ilin sentyabrında savadını artırmaq məqsədi ilə BDU-nun şərqşünaslıq fakültəsinə daxil olur. Bununla yanaşı, Müsavat partiyasının işlərinə də rəhbərlik edir. 1923 və 1926-cı illərdə Vəkilov həbs olunaraq iki dəfə sürgün edilir.

Rəhim bəy Vəkilov SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təqib edildiyindən 1 mart 1934-cü ildə Kür çayının üzərindəki körpüdə tapança ilə özünü vuraraq intihar edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər