top
Bu gün Nəsib bəy Yusifbəylinin anadan olmasından 142 il keçir
05 iyul 2023, 11:30
- ↺ +

Bu gün Nəsib bəy Yusifbəylinin anadan olmasından 142 il keçir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın ilk təhsil nazirinin doğum günüdür. Bu haqda Gencexeber.az 5 iyul tarixində məlumat verir.

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 5 iyul 1881-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya gəlib. O, Gəncə klassik gimnaziyasını bitirdikdən sonra Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub.

O, burada milli azadlıq hərəkatına qoşulub, azərbaycanlı tələbələrin "Həmyerlilər" təşkilatının rəhbərlərindən birinə çevrilib. Bu səbəbdən çar hökuməti tərəfindən təqiblərə məruz qalıb və 1906-cı ildə Krımın Bağçasaray şəhərinə köcüb. Burada Nəsib bəy İsmayıl bəy Qaspıralının redaktoru olduğu “Tərcüman” qəzetində işləməyə başlayıb. 1908-ci ildə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula köcüb.

Bir il sonra Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə "Mədrəseyi-ruhaniyyə" məktəbində çalışıb, "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"inin fəaliyyətində yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai-siyasi fəaliyyətə başlayıb.

Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan dilində ilk kitabxana təsis edib. O, qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədovla birlikdə "Qeyrət" təşkilatını yaradıb.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri, ikinci və üçüncü hökumət kabinələrində isə xalq maarifı və dini etiqad naziri vəzifələrini tutub.

1920-ci ilin martına qədər baş nazir vəzifəsində çalışan Nəsib bəy Yusifbəyli Aprel çevrilişindən sonra Parlamentin axırıncı iclasından qayıdaraq ailəsi ilə son görüşündə: "Fələk məni çox yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt insanıyam", - söyləyib. Həmin ilin 31 may tarixində Nəsib bəy Yusifbəyli ölkəni tərk edərkən qətlə yetirilib.

Məmməd Əmin Rəsulzadə 1929-cu ildə yazırdı: "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir... Bu, Nəsib bəy ismini (adını) Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir..."

[modula id="40181"]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Bu gün, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Bu gün, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Bu gün, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Bu gün, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Bu gün, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
Dünən, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Dünən, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Dünən, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Dünən, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
12 oktyabr 2026, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
12 oktyabr 2026, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Oxşar xəbərlər