Gəncəli idmançı “Böyük Dəbilqə”də mübarizəyə başlayır. Bu haqda 24 mart tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.
Gürcüstanın paytaxtı Tbilisidə “Böyük Dəbilqə” keçirilir. Burada 60 kq çəki dərəcəsində cüdoçumuz Turan Bayramov da iştirak edir. O, bu gün 1/16 final mərhələsində türkmənistanlı Aybek Omirovla qarşılaşacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” martın 26-da başa çatacaq.