top
Bu gün Birinci Qarabağ müharibəsinin Gəncədən olan 3 şəhidinin mövlud günüdür
26 mart 2023, 11:00
- ↺ +

Bu gün Birinci Qarabağ müharibəsinin Gəncədən olan 3 şəhidinin mövlud günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün, 26 mart tarixində 3 şəhidimizin mövlud günüdür.

İbrahimov Rövşən Duman Oğlu 1975-ci ildə dünyaya göz açıb. Orta təhsilini 37 nömrəli orta məktəbdə və texniki-peşə məktəbində alıb. Rövşən İbrahimov 1994-cü il yanvarın 3-də Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yollanıb. 1994-cü ilin fevral ayında topçu vəzifəsində xidmət edən Rövşən şəhid olub. Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Rustəmov Vaqif Rüstəm oğlu 1954-cü ildə Gəncə şəhərində anadan olub. 13 saylı fəhlə gənclər məktəbini bitirərək Krasnoyarsk vilayətində həqiqi xidmətdə olmuşdur. Bir müddət Xabarovsk şəhərində Daxili İşlər İdarəsində və “Azərlift”in Gəncə şöbəsində elektro-mexanik vəzifəsində çalışıb. 1 saylı Gəncə özünümüdafiə batalyonunun yaranmasında iştirak edib. Çaykənd, Azad, Todan kəndlərinin düşməndən təmizlənməsində fəallıq göstərib. Vaqif Rüstəmov Çaykənd uğrunda gedən döyüşlərdə 1992-ci il yanvarın 16-sı şəhidlik zirvəsinə ucalıb.

Teymur Novruz oğlu İsmayılov 1970-ci ildə Gəncədə anadan olub. Ailənin tək övladı olan Teymur 27 saylı texniki-peşə məktəbini bitirib. Almaniyada həqiqi hərbi xidmətdən sonra Şüşə emalı zavodunda fəhlə işləyib. 1993-cü il iyulun 5-də könüllü olaraq cəbhəyə gedib. 1993-cü ildə Ağdamın Şelli kəndində döyüşlərdə şəhid olub. Məzarı Gəncənin Şəhidlər xiyabanındadır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Bu gün, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Bu gün, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Bu gün, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Bu gün, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Oxşar xəbərlər