top
Bu gün Birinci Qarabağ müharibəsinin 3 şəhidinin mövlud günüdür
22 mart 2023, 12:12
- ↺ +

Bu gün Birinci Qarabağ müharibəsinin 3 şəhidinin mövlud günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün, 22 mart tarixində 3 şəhidimizin mövlud günüdür.

Həsənov Ceyhun Oruc oğlu 1969-cu ildə Gəncə şəhərində anadan olub. Əvvəlcə 22 №-li orta məktəbi, sonra, 1986-cı ildə 15 saylı texniki peşə məktəbini bitirib. Həm qaynaqçı, həm də sürücü peşəsinə yiyələnib. Bir müddət Dəmir-beton məmulatı zavodunda, sonra isə Abadlaşdırma trestində sürücü işləyib. 1987-1989-cu illərdə Amur vilayətində hərbi xidmətdə olub.

Ceyhun Həsənov 1993-cü ildə hərbi xidmətə çağırılıb, 709 saylı hərbi hissədə atıcı vəzifəsində xidmət edib. Tərtər-Ağdam döyüş bölgəsində fəallıq göstərib. Gülablı, Selli, Boyəhmədli kəndlərinin müdafiəsində iştirak edib.

O, 24 iyun 1993-cü ildə Boyəhmədli kəndində şəhid olub. Mərhumun doğma mənzilinə xatirə lövhəsi vurulub, 3 yerdə xatirə bulağı inşa edilib. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Abbasov Şəmil Kamil oğlu 1959-cu ildə Gəncə şəhərində anadan olub. 4 №-li internat məktəbinin 8-ci sinfinədək oxuyan Şəmil 1973-cü ildə 27 saylı texniki-peşə məktəbini bitirib. Gön-dəri məmulatının emalı ixtisasına yiyələnib. Bir müddət ayaqqabı tikiş sexində işləyib.

Şəmil Abbasov 1976-1978-ci illərdə Həştərxanda həqiqi hərbi xidmətdə olub. 1979-cu ildən Gəncə şəhəri 1 saylı ayaqqabı məmulatları sexində əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə ailə həyatı qurub.

1991-ci il dekabrın 19-da Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb. 1-ci Gəncə taborunda atıcı idi. Göstərdiyi hərbi şücaətə görə dəfələrlə ruhlandırıcı mükafatlara layiq görülüb. 3 iyun 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Mərhumun Günay adlı yeganə övladı yadigar qalıb.

Əliyev Etibar Nuru oğlu 1968-ci ildə Gəncə şəhərində anadan olub. Texniki-peşə məktəbində oxuyaraq tikinti idarəsində də işləyib. Həqiqi hərbi xidmətini Vorkuta şəhərində keçirib. Qayıdanda bir müddət Alüminium zavodunda quraşdırıcı işləyib. 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb, 181 saylı hərbi hissədə xidmət edib.

Etibar Əliyevin əsas döyüş yolu Beyləqan istiqamətində olub. Sıravi atıcı idi. Əməliyyatların birində Etibar Əliyev sərrast atəşlə düşmən tankını sıradan çıxarıb. Onun bu şücaəti 181 saylı hərbi hissə komandiri tərəfindən Fəxri Fərman və qiymətli mükafatla qiymətləndirilib. 5 aprel 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Bu gün, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Bu gün, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Bu gün, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Bu gün, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Oxşar xəbərlər