top
Bu gün 6 şəhidimizin mövlududur
20 avqust 2023, 11:00
- ↺ +

Bu gün 6 şəhidimizin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid Fərman Dünyamalıyev, Qurban İsmayılov, Zülfüqar İsmayılov, Coşqun Hüseynov, Rəhman Bayramov və Nağı Həşimovun doğum günüdür.

Fərman Adil oğlu Dünyamalıyev 20 avqust 1953-cü ildə Gəncədə anadan olub. O, 1 saylı orta məktəbi bitirib. 1970-1972-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Qarabağ müharibəsi başlayanda Fərman könüllü olaraq cəbhəyə yollanıb. Baş leytenant Dünyamalıyevin döyüş yolu Füzuli rayonundan başlayıb. O, Cəbrayıl, Laçın rayonları ətrafında vuruşub.

Fərman Adil oğlu Dünyamalıyev 29 sentyabr 1992-ci ildə Laçının Keçəltəpə yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Qurban Tofiq oğlu İsmayılov 20 avqust 1965-ci ildə Gəncədə anadan olub. 9 saylı texniki peşə məktəbini bitirib.O, 1984-1986-cı illərdə Sovet ordusu sıralarında qulluq edib. Bir müddət kombinatda işləyib.

Könüllü olaraq Milli Ordu hissələrində xidmət edib. Marquşevan, Horağiz, Çaylı, Murovdağ döyüşlərində vuruşub. Göstərdiyi xidmətə görə hərbi hissə komandiri tərəfindən qiymətli əşyalarla mükafatlandırılıb.

Qurban Tofiq oğlu İsmayılov 9 may 1994-cü ildə Murovdağda şəhidlik zirvəsinə ucalıb.

Zülfüqar Əli oğlu İsmayılov 20 avqust 1973-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. O, Böyük Məzrə kənd orta məktəbinin birinci sinfinə gedib. Daha sonra ailəsi ilə birlikdə Gəncəyə gəlib və təhsilini 13 saylı orta məktəbdə davam edib. Zülfüqar “Emin” kooperativində işləyib.

5 iyul 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sırxavənd, Drambon, Vaquas kəndləri, həmçinin Qozlu körpü uğrunda gedən döyüşlərdə iştirak edib. Drambon uğrunda gedən döyüşlərdə sol ayağından yaralansa da, xidmətini davam etdirib.

Zülfüqar Əli oğlu İsmayılov 13 fevral 1993-cü ildə şəhidlik zirvəsinə ucalıb.

Coşqun Nizami oğlu Hüseynov 20 avqust 1976-cı ildə Gəncədə anadan olub. 4 saylı orta məktəbi bitirib. O, 1993-cü ilin yanvar ayında könüllü olaraq cəbhəyə yollanıb. Ağdam ətrafında gedən döyüşlərdə göstərdiyi hərbi şücaətə görə Coşqunun ailəsinə təşəkkür məktubu göndərilib. O, Fəxri Fərmana layiq görülüb.

Coşqun Nizami oğlu Hüseynov 20 iyul 1993-cü ildə Ağdam ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Rəhman Dilcan oğlu Bayramov 20 avqust 1993-cü ildə Gəncədə anadan olub. 8 Mart qəsəbə tam orta məktəbini bitirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.

2020-ci ildə Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Rəhman Dilcan oğlu Bayramov 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz 28 dekabrda Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Nağı Anar oğlu Həşimov 20 avqust 1998-ci ildə Gəncədə doğulub. 1 nömrəli tam orta məktəbdə oxuyub. 2013-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almağa başlayıb.

Həmin ildə tağım komandiri kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixində leytenant kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Nağı Anar oğlu Həşimov 29 sentyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Prezident tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

Bütün xəbərlər
Dünən, 18:00

Gəncə İH-də sektor müdiri işdən AYRILDI

Bütün xəbərlər
Dünən, 17:34

Sabah Gəncədə 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:57

Xərçəngin qorxunc statistikası: 5 ildə 42% artıb

Bütün xəbərlər
Dünən, 16:26

Bu şəxslərə pulsuz torpaq veriləcək

Bütün xəbərlər
Dünən, 15:34

ATU-da üzgüçülük yarışının qalibləri müəyyənləşdi

Bütün xəbərlər
Dünən, 15:00

Gəncədən kəndlərə gedən avtobuslar nə vaxt yenilənəcək?

Bütün xəbərlər
Dünən, 14:23

Gəncədə tanınmış diş həkimi vəfat edib

Bütün xəbərlər
Dünən, 13:11

Qadın onu yandıran ərini bağışladı

Bütün xəbərlər
Dünən, 12:39

Gəncədə yerləşmə müəssisələrində MONİTORİNQ

Bütün xəbərlər
Dünən, 11:25

Erməni həkimin qurbanı olan gəncəli sənətkarın anım günüdür

Bütün xəbərlər
Dünən, 11:00

Tünzalə Ağayevanın 50 yaşı tamam oldu

Bütün xəbərlər
Dünən, 10:28

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 09:58

Cinsi yolla keçən infeksiyaya yoluxmuş gənclərin 95%-i kişilərdir

Bütün xəbərlər
Dünən, 09:12

"Gəncəsayağı" TƏMİR: yolu qazıb getdilər

Bütün xəbərlər
Dünən, 00:01

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
20 oktyabr 2026, 17:34

Şəmkirli generalla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Bütün xəbərlər
20 oktyabr 2026, 17:00

Gəncə karateçiləri 8 medal QAZANDILAR

Bütün xəbərlər
20 oktyabr 2026, 16:34

Gəncədə küçələrdən birinə şəhid Rəhman Dünyamalıyevin adı verildi

Bütün xəbərlər
20 oktyabr 2026, 16:04

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bütün xəbərlər
20 oktyabr 2026, 15:52

Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi

Bütün xəbərlər
20 oktyabr 2026, 15:18

Gəncədə daha bir məhəllə AĞ GÜNƏ çıxdı

Bütün xəbərlər
20 oktyabr 2026, 14:44

Sabah yüksək dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
20 oktyabr 2026, 13:19

Gəncəçay çayının məcrası TƏMİZLƏNİB

Oxşar xəbərlər