top
Bu gün 4 şəhidimizin mövlud günüdür
21 mart 2023, 17:35
- ↺ +

Bu gün 4 şəhidimizin mövlud günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün, 21 mart tarixində 4 şəhidimizin doğum günüdür.

Həmzəyev Məhbub Fərman oğlu 1961-ci ildə Gəncədə anadan olub. O, Gəncə şəhəri 28 nömrəli orta məktəbi bitirdikdən sonra peşə məktəbində qaynaqçı peşəsinə yiyələnib. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Füzuli, Beyləqan rayonlarının müdafiəsində igidlik göstərib. O, Beyləqan rayonu uğrunda gedən qızğın döyüşlərin birində əl qumbarası ilə tankın üstünə gedərək həm tankı partladıb, həm də özü ölüb. Beləliklə, Həmzəyev Məhbub Fərman oğlu 10 dekabr 1993-cü ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Hüseynov Məhəmməd Qiyas oğlu 2001-ci ildə Gəncə şəhərində doğulub.

2007-2016-cı illərdə Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə, 2016-2019-cu illərdə 1 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alıb.

2019-cu ildə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı, 28 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Nəşi erməni tərəfində qalıb, yalnız müharibənin bitməsi ilə qarşı tərəfdən götürülərək ailəsinə təhvil verilib. Şəhidimiz 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Hüseynov Röyan Sübhan oğlu 2001-ci ildə Gədəbəy rayonunun Parakənd kəndində doğulub. 2007-2018-ci illərdə N.Rəfibəyli adına Gəncə şəhər 43 nömrəli tam orta məktəbində təhsil alıb. O, fərqli vaxtlarda cüdo üzrə Respublika Turnirində 3-cü yerə layiq görülüb, şəhər birincisi olub. Gəncə İdman Klubunun üzvü idi.

2019-cu ildə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

9 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu ərazisində gedən döyüşlərdə düşmən snayperinin atəşi nəticəsində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Nəcəfov Elmir Vidadi oğlu 2002-ci ildə Gəncə şəhərində anadan olub.

2017-ci ildə 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib, təhsilini 1 saylı Peşə məktəbində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam edib.

2020-ci ildə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Bu gün, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Bu gün, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Bu gün, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Bu gün, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Oxşar xəbərlər