Gəncədə üzgüçülük üzrə yarışın qalibləri mükafatlandırılıblar. Bu haqda 6 yanvar tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Olimpiya İdman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirilib. Burada 9 yaşdan yuxarı bütün yaş qruplarında iştirakçılar yarışıblar. Qaliblərə medal və sertifikat təqdim olunub.
Birincilik ölkə üzrə eyni vaxtda 30 olimpiya idman kompleksində təşkil edilib. Yarışda hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda mübarizə aparıb.