Gəncədə bir nəfər xilas edilib. Bu haqda 23 fevral tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.
Müvafiq tədbirlər nəticəsində mənzilin qapısı açılıb və orada vətəndaş halsız vəziyyətdə aşkar olunub. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.