top
Bayrağımıza canı bahasına sahib çıxan qəhrəmanımızın doğum günüdür
02 yanvar 2025, 10:52
- ↺ +

Bayrağımıza canı bahasına sahib çıxan qəhrəmanımızın doğum günüdür

 

2 yanvar Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.

Gencexeber.az məlumat verir ki, Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib.

1992-ci ilin mart ayının əvvəllərində “Qarabağ şahinləri” batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. “Şahinlər” qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən “yararlanmaq” qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.

“Təslim olmasaz, əsirləri güllələyəcəyik” şərtinə kilsədən təkcə Natiq Qasımov əlində üçrəngli Azərbaycan bayrağı ilə çıxanda düşmən çaşbaş qalıb.  Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular. Natiq Qasımov əsir düşməklə, özünü fəda etməklə 21 Azərbaycan vətəndaşını xilas edib. O gündən barəsində ən müxtəlif məlumatlar olsa da, sonrakı taleyi haqda hələ ki, dəqiq məlumat yoxdur.

1992-ci ilin aprel ayında SSRİ-nin ən populyar dərgilərindən olan “Oqonyok” jurnalında italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi foto çap olunur. Fotoda Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub.

Natiq Qasımov haqqında Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən "Oğul" sənədli filmi çəkilib.

2024-cü il iyunun 25-də Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyev sərəncam imzalayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Bu gün, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Oxşar xəbərlər