"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Gencexeber.az bu barədə ADY-yə istinadən məlumat verir.
Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.