Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vakansiyaları üzrə işə qəbul elan olunub.
Gencexeber.az bildirir ki, bu barədə regional idarə məlumat yayıb.
Vakansiyalar üzrə müraciət etmək istəyən namizədlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 17 dekabrdır.
Vakansiyalara 2022-2023-cü tədris illərində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və müvafiq keçid balını toplayan namizədlər müraciət edə bilərlər.
Qeyd edək ki, vakansiyaya müraciət edən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.