top
Azərbaycan ədəbiyyatının tədqiqində iz qoyan alim Həmid Araslının 116 illiyidir
23 fevral 2025, 16:00
- ↺ +

Azərbaycan ədəbiyyatının tədqiqində iz qoyan alim Həmid Araslının 116 illiyidir

 

Həmid Hacı Məmmədtağı oğlu Araslı 23 fevral 1909-cu ildə Gəncədə anadan olub.

Gencexeber.az məlumat verir ki, o, ilk təhsilini mədrəsədə, sonra isə Gəncədə seminariyada alıb. Araslı 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsinə, 1932-ci ildə isə həmin universitetin aspiranturasına daxil olub.

Həmid Araslı SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialında elmi kitabxananın şərqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışıb. O, şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaradıb və fondun direktoru vəzifəsini icra edib. Tədqiqatçı Nizami adına Ədəbiyyat və Dil İnstitutunda müxtəlif şöbələrə rəhbərlik edib.

Həmid Araslı 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilib. 1955-ci ildə professor adını alıb və sonra Azərbay­can SSR EA-nın müx­­bir və həqi­qi üzvü seçilib. Araslı Nizami Gəncəvi haqqında ilk dəfə araşdırma aparanlardan biri olub. O, “Xəmsə”də 100-ə qədər türk sözlərinin olduğunu və Azərbaycan atalar sözlərindən istifadə olunduğunu müəyyən edib, bununla Nizami Gəncəvinin türk olmasını sübut edib. Alim “Dədə Qorqud” dastanını tədqiq edib və 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirib.

Araslı eposun Azərbaycan dili qanun-qaydalarına çox uyğun olduğunu elmi əsaslarla sübut edib. Həmin dövrdə “Dədə Qorqud”a millətçilik damğası vurulur və Araslı tənqid və təqiblərə məruz qalır. Lakin o, buna etirazını bildirir, dastanla bağlı araşdırmalarını davam etdirir və sonrakı illərdə düzəlişlərlə dərc etdirir.

Həmid Araslı şair Füzuli haqqında ilk böyük tədqiqat əsərini yazıb. O, Qətran Təbrizi , Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nəsimi, Xətai kimi şairlərin yaradıcılığını ilk mənbələr əsasında araşdırıb. Araslı onların bir çoxunun əsərlərini ilk dəfə nəşr etdirib. Alim iki­cild­lik “Müx­tə­sər Azərbaycan ədə­biyyatı tarixi”, üçcildlik “Azərbaycan ədəbiyyatı tari­xi” kitablarının əsas müəllif­lə­rin­dən biridir. Akademik Azərbaycan və Özbəkistanın Əməkdar elm xadimi adına layiq görülüb, Türkiyədə Türk Dil Qu­ru­munun, İraq EA-­nın və İor­da­ni­ya Kral Cəmiy­yətinin üz­vü seçilib. Həmid Araslı 1983-cü ildə Ba­kıda vəfat edib və Fəxri xiya­banda dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
29 sentyabr 2026, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
29 sentyabr 2026, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
29 sentyabr 2026, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
29 sentyabr 2026, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
29 sentyabr 2026, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
29 sentyabr 2026, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Oxşar xəbərlər