Azərbaycan Texnologiya Universitetində (UTECA) "Açıq qapı" günü keçirilib. Bu haqda 10 yanvar tarixində universitetin rəsmi Facebook səhifəsinə istinadən məlumat veririk.
"Açıq qapı" günündə universitetdə təhsil alan tələbələrin valideynləri payız semestrinin qış imtahan sessiyası ilə yaxından tanış olublar. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün zəruri tədbirlər görülüb. Bütün korpuslarda təklif və müraciətlər qutusu yerləşdirilib. Daha sonra universitetin rektor əvəzi, dos. Yaşar Ömərov imtahan prosesi haqqında söz açıb. Qəbul zamanı valideynlərin fikir və təklifləri də dinlənilib.
Daha sonra valideynlər imtahan zallarını və auditoriyalarını gəzərək imtahanların gedişatını izləyiblər. Kodlaşdırma otağında olaraq onlar yoxlama prosesinin necə şəffaf, obyektiv və sürətli həyata keçirildiyini müşahidə ediblər.