Gəncədə fəaliyyət göstərən şirkət cərimə oluna bilər. Bu haqda 29 iyul tarixində Fed.az-a istinadən məlumat veririk.
Söhbət “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) gedir. Şirkət gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta üzrə cərimə edilə bilər.
Protokola əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilirlər.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.