Gəncədə qəzaya düşən şəxs dünyasını dəyişib. Bu haqda 8 iyun tarixində Report-a istinadən məlumat veririk.
Ötən gün iki nəfərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat vermişdik. 48 yaşlı Bayram Bağırov və 39 yaşlı Vahid Salahov xəstəxanaya yerləşdirilmişdilər. Salahov gecə saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bağırovun müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı yük avtomobili ilə minik maşını toqquşmuşdu.