Tovuzda "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.
Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun Elməddin Nəsibov küçəsində qeydə alınıb.
Qadın təcili tibbi yardım briqadası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.