Gəncədə universitetlərdən biri növbəti müqavilə bağlayıb. Bu haqda 23 fevral tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin və “Nar mobile” şirkətinin nümayəndələri görüşüblər. Tərəflər arasında bir sıra məsələlər müzakirə olunub. Daha sonra ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərovla "Nar"ın Baş icraçı direktoru Qunnar Panke anlaşma memorandumu imzalayıblar.
Anlaşmanın məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsidir. Əməkdaşlıq çərçivəsində “Nar”ın peşəkar texniki heyəti öz nəzəri və praktiki biliklərini universitetin tələbələri ilə bölüşəcək. Bundan başqa, gənclər “Nar”ın ixtisaslarına uyğun departamentlərində təcrübə keçəcəklər.