Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri ekoloji aksiya təşkil ediblər.
Gencexeber.az bildirir ki, bir qrup könüllü tələbənin qatıldığı ekoloji aksiya Gəncə şəhərində Nizami Məqbərəsi ətrafında baş tutub.
Aksiyada 30-a yaxın tələbə iştirak edib. Könüllülər məqbərənin ətraf ərazisini tullantılardan təmizləyiblər.
Qeyd edək ki, analoji tədbiri ATU tələbələri ötən il Gəncəçayın hövzəsində təşkil ediblər.