Azərbaycan Texnologiya Universitetinin (ATU) sabiq professoru, fizika-riyaziyyat elmləri doktoru Şəmsəddin Mütəllimov dünyasını dəyişib.
Gencexeber.az-a bu barədə ATU-dan məlumat verilib.
Bildirilib ki, Ümumi və Tətbiqi Riyaziyyat kafedrasının sabiq professoru Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1979-cu ildən Azərbaycan Texnologiya Universitetində əmək fəaliyyətinə başlayıb, baş müəllim, dosent, kafedra müdiri, dekan və rektor vəzifələrində çalışıb.