Gəncə universitetinin əməkdaşları Rumıniyaya yollanıblar. Bu haqda 12 iyul tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universiteti ilə “Alexandru İoan Cuza” Universiteti arasında görüş keçirilib. ATU-nun Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Elektron xidmətlərin təşkili və informasiya şöbəsinin müdiri Arzu Əsgərov Rumıniyada, “Alexandru İoan Cuza” Universitetində baş tutan görüşdə təhsil müəssisəsini təmsil ediblər.
Burada Hüseynov rektor vəzifəsini icra edən Yaşar Ömərovun qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair təklifləri haqda danışıb.