Gəncədə qəzaya düşən qadın 2 gün sonra öldü. Bu haqda bu gün, 7 avqust tarixində Gencexeber.az APA-ya istinadən məlumat verir.
Hadisə 5 avqust tarixində şəhərin Atatürk prospektində baş verib. 29 yaşlı Özbəkistan vətəndaşı Habibjon Tuhktaev sərxoş vəziyyətdə avtomobil idarə edən zaman idarəetməni itirib və öncə yolun kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çarpılıb. Nəticədə 34 yaşlı Emil Abdullayev hadisə yerində dünyasını dəyişib. 24 yaşlı Ayşən Lətifova isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Özbəkistan vətəndaşı və daha 1 nəfər xəsarət alıblar. Hazırda birinci saxlanılıb. Araşdırmalar davam edir.