Gəncədə təmizlik aksiyası keçirilib. Bu haqda 5 iyun tarixində AQTA-ya istinadən məlumat veririk.
Aksiya 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar baş tutub. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik prosesində iştirak ediblər.
Onlar Gəncəçayın sahillərini tullantılardan təmizləyiblər.