Gəncədə iaşə obyektində nöqsanlar aşkarlanıb. Bu haqda 10 iyul tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri yoxlamalar keçiriblər. Nəticədə Cəfər Cabbarlı küçəsi, 13 ünvanında yerləşən "Kristal" kafesində qayda pozuntuları üzə çıxıb. Burada baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı aşkarlanıb.
Nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.