Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, toplantının gedişatında AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb.
Gəncə Bölməsində humanitar profilli müəssisələrlə işlərin idarə olunması məqsədilə sədr müavini vəzifəsinə bu sahədən təyinata ehtiyac yarandığı və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun bu vəzifəyə təklif edildiyi bildirib.
Müzakirələrdən sonra Əlimuxtar Muxtarov bölmənin sədrinin müavini vəzifəsinə təsdiq olunub.