Gəncədə kafelərdən birində qayda pozuntuları aşkarlanıb. Bu haqda 7 iyul tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri yoxlamalar keçiriblər. Nəticədə Zülfi Hacıyev küçəsində yerləşən "Şam Bağı" kafesində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktları üzə çıxıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.